Məşğulluq və sosial dəstək tədbirləri 4.8 milyon nəfəri əhatə edib

COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə 4 istiqamət üzrə 12 sahəni əhatə edən "Məşğulluq və sosial dəstək" tədbirləri həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki,  əhalinin 48 faizi və ya 4,8 milyon nəfəri bu tədbirlərlə əhatə olunub. Ölkəmiz pandemiyanın yaratdığı sarsıntıları dəf edərək, 2021-ci ildə iqtisadiyyatın bərpası yoluna inamla qayıdıb. Ötən ilin sonuna real ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31