Ötən il 47 min aztəminatlı ailə ünvanlı yardımla təmin edilib

Ötən il  202 min ailə üzvü olan 47 min aztəminatlı ailə ünvanlı yardımla təmin edilib. "Olaylar" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu yardımın orta aylıq məbləğinin son bir ildə 17 faiz artıb. 2020-ci ildə COVID pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynayıb. Həmçinin keçən il ölkə əhalisinin  təxminən 4,6 faizinin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edildiyini, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artdığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31