Pensiyaçılar fevralda 50 manatlıq yardımı da alacaqlar
8 Fevral 2022 14:29 Sosial"Prezidentin sərəncamı ilə pensiyaçılar yanvar və fevral artımlarını, eyni zamanda, I rüb üçün nəzərdə tutulmuş 50 manat yardımı bu ay alacaqlar". "Olaylar" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. O qeyd edib ki, növbəti aylarda pensiyaçılar 50 manat yardımı hər rübün birinci ayında ala biləcəklər: "Sığorta prinsipi ilə pensiya alanlara sərəncamla 2022-ci il üzrə 200 manat maddi yardım da veriləcək. Bu maddi yardım rüblər üzrə bölünəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31