Ağacların kəsilməsi ilə bağlı araşdırmalar davam edir

Oğuz rayonunun Çaldaş kəndinin Türyançay Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb. Olaylar" xəbər  verir ki, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31