Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
7 Fevral 2022 18:54 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, buster doza üzrə vaksinasiya olunanların sayı isə 58 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 218 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 383, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 752 395, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 218 836 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31