Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
7 Fevral 2022 18:51 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4680 yeni yoluxma faktı qeydə alınıb, 2134 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 703 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8898 nəfər vəfat edib, aktiv xəstə sayı 45 924 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 442, ötən müddət ərzində isə ümumilikdə 6 278 899 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31