Yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi məlum olub

Bu il yaz semestri üçün tələbə təhsil kreditinə müraciət etmək tarixi açıqlanıb.

Olaylar.az bildirir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda məlumat verib.

O qeyd edib ki, 2021-2022-ci il tədris ili üzrə I semestr üçün tələbə kreditinə müraciət fevralın 15-nə qədər davam edəcək.

"Fevralın 16-dan etibarən isə yaz semestri üçün kredit almaq üçün müraciətlərin başlanması nəzərdə tutulur", - deyə o bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31