Şirniyyat paketlərinin içərisində siqaret aşkar edildi
7 Fevral 2022 15:44 SosialCənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən şifahi qaydada 200 ədəd siqaretinin olduğunu bəyan edib. Dövlət Gömrük Komitəsindən "Olaylar2a bildirilib ki, sərnişin keçid xəttində olan rentgen qurğusundan keçərkən ona məxsus iki ədəd şəffaf selofan torbanın içərisində də siqaretlərin təsviri müşahidə edilib.Yoxlama zamanı sərnişinə məxsus əl yüklərində olan şirniyyat paketlərində gizlədilən, gömrük nəzarətinə bəyan edilməyən 2000 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31