İnfeksionist "Omicron"un yeni simptomlarını sadaladı

İnfeksionist Yevgeni Timakov xəstələrin artıq tez-tez şikayət etməyə başladığı Omicron koronavirus ştammının yeni simptomları barədə danışıb.
"Koronavirusun yeni ştammı olan xəstələr boğaz və qarın nahiyəsində appendisiti xatırladan ağrılardan, həmçinin baş ağrılarından şikayət etməyə başlayıblar", - deyə həkim bildirib.
Timakov əlavə edib ki, Omikrona yoluxanlar bel nahiyəsində bel əzələlərində ağrılardan da şikayət edirlər. Onun sözlərinə görə, daha çox qadınlar belə simptomlarla müalicə olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31