Milyonların övladına çevrilənlər - Şəhid Marif Sarıyevin Şəhadətindən 20 il keçir

Tarixən Azərbaycan igidlərinin Vətən sevgisindən , torpaq məhəbbətindən dastanlar
yazılıb , nəğmələr oxunub.. 
Bu sevginin əzəməti Vətənin hər daşında , hər qayasında bərkiyəyərək düşmən qarşısında sipərə çevrilib. 
Canını torpaq üçün fəda edənlərə isə xalq sevgisi , el məhəbbəti də elə onların özü qədər sarsılmaz və əzəmətli olub. 
Bir evdə doğulub minlərlə evin övladına çevirənlər Vətəni qorumaqla yanaşı daha bir müqəddəs missiyanı da - insanları bir - birinə  doğmalaşdırmaq missiyasını - uğurla yerinə yetirdilər. 
Uşaqlığından  yaxınlığından aslı olmayaraq insanları doğmalaşdırmaq...
Bu gün öz ailəsini  bizlərə doğmalaşdırılmış  qəhrəmanlardan birinin -  Şəhid Marif  Sarıyevin anım günüdür. ..
Doğma ana məhəbbəti ilə evinə gələn hər bir insana qucaq açan  Böyükxanım  ananın oğlunun ....
Düz 20 il öncə bu gün Şəhadətə yüksəlmiş bir İgidin. .

Marif Əlimusa oğlu Sarıyev 1980-cı il avqustun 19-u Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində anadan olub. O, kənd orta məktəbində təhsil alıb. Marif 2000-ci ildə Vətənə  xidməti borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Xidmətini Füzuli rayonunda keçir.  Qüsursuz xidmətinə görə Tağım komandirinin müavinliyinə qədər yüksələn Marif hərbi xidmətinin bitməsinə az qalmış -  2002-ci fevral ayının 2-də əsgər yoldaşını xilas etmək üçün özünü  düşmən tərəfin ( atəşkəs olmasına baxmayaraq ) atdığı qumbaranın üstünə atır...
Dostunun həyatını xilas etməklə özü Şəhadətə yüksəlir. 
Ulu torpağın qəhrəman övladı müqəddəs ruhun qarşısında baş əyirəm..
Şəhadətin mübarək...
Mehriban Sadıqova - araşdırmaçı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31