Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının növbəti layihəsi- kitab müzakirəsi

Alex Michaelidesin (1977) "Səssiz pasient"  ("The Silent Patient" ) (2019) əsərinin müzakirəsi

Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının növbəti layihəsi -  həftənin kitab müzakirəsi 1 fevral 2022-ci il tarixində online- Zoom proqramı vasitəsilə keçirilmişdir.Tədbirə kafedranın müəllim-professor heyəti, aspirantları, o cümlədən Qazaxıstan Xarici Dillər və Beynəlxalq Münasibətlər Universitetindən olan aspirantları, keçmiş və indiki magistrantlar qoşulmuşlar. Əsər  həm mənəvi-estetik  aspektdən, həm də ədəbiyyatşünaslıq baxımından  müzakirə olunmuşdur.

İdeya və layihə rəhbəri - Azərbaycan Universitetinin doktorantı və Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi  Məlakə Elyasova-Rəcəbova əsər və müəllif haqqında  məlumat verdi. Əvvəllər ssenarist olan, Kembric Universitetinin ədəbiyyat bölümünü bitirən yazıçının  ilk romanı psixoloji triller janrında yazılıb. Müəllif əsəri yazmadan öncə 3 il psixiatriya ilə bağlı təhsil alıb və klinikada praktika keçib.  Psixoloji triller janrında olan əsər sirr, dram, hərəkət və paranoya elementlərini özündə birləşdirir. Janr psixoloji qorxu janrı ilə sıx bağlıdır və bəzən onunla üst-üstə düşür. Sonuncu ümumiyyətlə daha çox qorxu elementlərini, mövzularını, narahatedici və ya qorxulu ssenariləri əhatə edir. Psixoloji triller -triller və psixoloji janrlarını birləşdirən janrdır. Adətən triller və ya həyəcanverici şəraitdə psixoloji povestlərdən bəhs edən ədəbiyyat və ya filmləri təsvir etmək üçün istifadə olunur. 

Moderator- Azərbaycan ədəbiyyatı kafedrasının professoru Rəhilə Qeybullayeva müzakirəni aşağıdakı suallar ətrafında qurdu:

1. "Səssiz pasiyent" böyük bir dönüşlə bitir (plot twist). Hansı oxucu bu finalı görməyirdi?

2. Teo niyə Alisiyanı  psixoterapevti olmaq istəyirdi? 

3. Ədəbiyyat priyomu baxımından maraqlıdır (anaxronism və anagrosis; plot twist; episodların və personajların rifmovkası); 

4. Arxetip  və onun zamanla interpretasiyası?

5. Motivin elementinin başqa mədəniyyət qatı ilə əvəzlənməsi (wine for life saving)?

6. Azərbaycan ədəbiyyatı ilə əlaqəsi (KDQ)? -elective mutism motif (post-trauma)?

7. Psixoloji travma və onun ədəbiyyatda təsviri? 

8. Müəllif və əsər - Hansı milli ədəbiyyatı təmsil edir?

Maraqlananlar növbəti müzakirələrlə bağlı anonsları facebook-da Həftənin əsəri: müzakirə və qeydlər izləyə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31