Təhsil işçilərinin əməkhaqları artımla ödənildi
2 Fevral 2022 19:03 SosialTəhsil işçilərinin əməkhaqları artımla ödənilib.
Olaylar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Təhsil Nazirliyindən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən, 1670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37 mindən çox işçinin yanvar ayı üzrə əməkhaqları 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanaraq ödənilib.
Qeyd edək ki, bu proses ölkə başçısının müvafiq sərəncamlarına əsasən həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31