Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 866 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1412, buster doza üzrə vaksinasiya olunanların sayı isə 32 392 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 075 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 236 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 745 006, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 094 231 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31