Qanunsuz ova gedənlər ciddi cəzalandırılacaqlar

"Heyvanlara rəhimsiz davranan ovçular üçün cərimələr artırılır". "Olaylar" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O qeyd edib ki, ovçuluq qaydalarının pozulması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi hazırda razılaşma mərhələsindədir: "Biz bu qanun pozuntuları üçün cərimələrin artırılmasını təklif edirik. Düzgün şəkildə ov həyata keçirmək istəyən şəxslər lisenziya almalıdırlar. Bunun üçün vətəndaşlar "ASAN Xidmət"ə müraciət edə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31