“Məktəbim” layihəsi iştirakçılarına aktivlərin paylanmasına başlanılıb
2 Fevral 2022 10:26 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə həyata keçirdiyi "Məktəbim" layihəsi iştirakçılarına aktivlərin paylanmasına başlanılıb.
"OLAYLAR" Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, qadınların özünüməşğulluq proqramına cəlb edilməsinə dəstək məqsədi daşıyan bu layihə çərçivəsində işsiz qadınlara məktəbəqədər təhsil müəssisəsini qurmaq üçün lazım olan avadanlıqlar təqdim edilir.
İlkin mərhələdə layihə iştirakçıları təlimlərə cəlb olunaraq məsləhət xidmətlərindən faydalanıb və biznes plan tərtib edib. Təlimləri uğurla başa vuran şəxslər sahibkarlıq fəaliyyətinə başlamaq üçün lazımi mal və materiallarla təmin olunurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31