Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
1 Fevral 2022 19:15 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5223 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8755 nəfər vəfat edib, aktiv xəstə sayı 27 596 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15v945, ötən müddət ərzində isə ümumilikdə 6 172 333 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31