«20 Yanvar qardaş Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda başlatdığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi»- Beynəlxalq Türk Akademiyası
20 Yanvar 2022 12:01 SosialBeynəlxalq Türk Akademiyası "Qara Yanvar" hadisələri ilə bağlı açıqlama yayıb.
"OLAYLAR"-ın xəbərinə görə, açıqlamada qeyd edilir ki, Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 32 il ötür:
"20 Yanvar qardaş Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda başlatdığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində dönüş nöqtəsi oldu.
Beynəlxalq Türk Akademiyası olaraq, vətənləri uğrunda canını fəda edən, tarixin şərəfli səhifələrini müqəddəs qanları ilə yazan Azərbaycanın bütün qəhraman övladlarını ehtiramla anır, əziz xatirələri önündə sayğı ilə baş əyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31