Mediaya nəfəs gətirən MEDİA
12 Yanvar 2022 12:57 SosialHər bir sahə müasirləşib inkişaf etdikcə, həmin sahənin günümüzün tələblərinə uyğun qurulması, bu sahədə indiyə qədər mövcud olan problemlərin, çatışmazlıqların aradan qaldırılması zərurətə çevrilir. Diqqət etsək görərik ki, bizim istəyib-istəməməyimizdən asılı olmayaraq bu addımı atmaq şərtdir, günün tələbidir. Siyasi, sosial, hüquqi, hətta media sahəsində. Necə ki, sonuncu adını qeyd etdiyimiz sahədə təqdirəlayiq addım, mediaya yeni nəfəsin gətirilməsinə tam bir il əvvəl start verildiyi kimi.
Məlumat üçün qeyd edək ki, "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Fərmandan da görüldüyü kimi MEDİA ölkədə media sahəsində islahatların dərinləşdirilməsi məqsədilə yaradılmışdı. Ötən bir ildəki fəaliyyətinə qısa nəzər yetirsək əminliklə deyə bilərik ki, MEDİA qısa müddət ərzində nəinki qarşısına qoyulan məqsədlərə nail olub, hətta bundan artığını belə gerçəkləşdirib. Təkcə bir faktı, "Media haqqında" qanunun işlənib hazırlanması və onun ictimai müzakirəyə çıxarılması, eyni zamanda palamentdə qəbul edilməsi fonunda bunu aydın görmək mümkündür. Sözügedən qanun layihəsinin müzakirəsinin əvvəlki dövrlərdən fərqli olaraq isti otaqlarda, kimlərinsə maraqlarının təmin olunması çərçivəsində deyil, bütün media subyektlərinin iştirakı ilə keçirilməsi mdiamıza MEDİA-nın gətirdiyi yenuliklərdən idi. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, MEDİA qanun layihəsinin müzakirəsinə bu və ya digər səbəblərdən indiyə qədər bu proseslərdən təcrid olunmuş fərdləri, media quruluşlarınə da cəlb etdi ki, bu da MEDİA-nın sözün həqiq mənasında fikir müxtəlifliyini əsas meyar kimi götürdüyünün təsdiqi idi. Bildiyimiz kimi, artıq "Media haqqında" qanun təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərindədir. Ümid edirik ki, qanun qısa zamanda dövlət başçısı tərəfindən təsdiq olunaraq MEDİA-nın timsalında mediamıza yeni nəfəs gətirəcək.
MEDİA bir illik fəaliyyəti dövründə juralist peşəsini də sözün həqiq mənasında hörmətə mindirdi, bu peşəyə marağı artırdı desək yanılmarıq. Ali təhsil ocaqlarında Agentlik tərəfindən keçirilən seminar və treyninqlərə olan marağın fonunda bunu aydın görmək mümkündür. Xüsusilə, Agentliyin "Media könüllüləri" layihəsinin bu prosesə təkan verdiyini qeyd edə bilərik. Belə ki. məhz həmin layihə ali təhsil ocaqlarında jurnalistika ixtisasını seçən gənclərimizdə bu sahəyə olan marağı daha da artırmış oldu. Əgər əvvəlki illərdə gənclərimiz istəmədən, yaxud məcburiyyət qarşısında qalaraq jurnalistika fakultəsini seçirdilərsə, indi artıq böyük həvəslə bu sahəyə meyil edirlər. Çünki artıq gənclər görürlər ki, onlar jurnalsitika fakultəsini bitirdikdən sonra əvvəlki dövrlərdən fərqli olaraq işsiz qalmayacaq, yaxud öz sahələrinə uyğun işlə məşğul olacaqlar. Gənclərimizdə bu etimadış güvəni isə MEDİA yaradıb, onun "Media könüllüləri" layihəsi formalaşdırıb.
Göründüyü kimi, MEDİA-nın bir illik fəaliyyəti çoxşaxəli və nəticəyə hesablanmış fəaliyyətlərlə zəngin olub. Qısa zaman kəsiyində sadaladığımız uğurlara nail olmaq onu deməyə əsas verir ki, MEDİA mediamıza hələ çox yeniliklər, müsbət məqamlar gətirəcək.
Süleyman İsmayılbəyli