Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsində bu mükafatları alıblar...
30 Noyabr 2021 21:28 SosialXəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində həlak olan yüksək rütbəli zabitlərimiz - polkovnik Nəzirov Emil Nəzir oğlu və Cavadov Fizuli Əli İbram oğlu Vətən Müharibəsi iştirakçılarıdır.
Hər iki polkovnik Vətən Müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif edilib.
Polkovnik Emil Nəzirov "Vətən uğrunda" medalı ilə, polkovnik Cavadov Fizuli 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunublar.
Qeyd edək ki, Vətən Müharibəsindən sonra Emil Nəzirov polkovnik rütbəsini alıb.
Mənbə: qafqazinfo.az

Emil Nəzirov
(1).png)
Fizuli Cavadov
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31