Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
30 Noyabr 2021 19:08 SosialHazırda helikopter qəzası iləbağlı şahidlərin dindirilməsi və hadisə yerinə baxışın keçirilməsi təmin olunur.
Bunu jurnalistlərə açıqlamasında Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.
Onun sözlərinə görə, həlak olanların meyitlərinin müayinəsi həyata keçirilib. Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31