Qəzadan 13 dəqiqə əvvəl bu şəkli paylaşmışdı... - FOTO
30 Noyabr 2021 17:21 SosialBu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son vatsap statusu paylaşımı üzə çıxıb.
Bu barədə mərhumun dostu Elşad Qaraca feysbuk hesabında məlumat yayıb.
Statusun saatından aydın olur ki, paylaşım qəzadan 13 dəqiqə əvvəl edilib.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Mənbə: olke.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31