Cari ildə 51 min şəxsə əlillik təyin edilib
30 Noyabr 2021 15:36 SosialBu il 51 minədək şəxsə əlillik təyin edilib.
"Olaylar"ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında nazir Sahil Babayev bildirib.
Onun sözlərinə görə, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsi verilib. Eyni zamanda aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31