Hava şəraitinə görə iki reys gecikir
30 Noyabr 2021 14:29 SosialNaxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana "Azərbaycan Hava Yolları"nın (AZAL) iki reysi gecikir.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.
Bildirilir ki, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək: "Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31