Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib
30 Noyabr 2021 13:24 SosialBaş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər.
Bu barədə "İki sahil" hüquq-mühafizə orqanlarından məlumat əldə edib. Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Mənbə: ikisahil.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31