Nəsimi rayonunda asfaltlaşma işləri davam etdirilir

Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun Rəşid Məmmədov küçəsi ilə H.B.Əliyev küçələrinin kəsişməsində asfaltlaşma işləri davam etdirilir.

Bir 1 nəfər və yol şəkili ola bilər

Bir 2 nəfər, yol və ağac şəkili ola bilər

Nəsimi Rayon İcra Hakimiyyətindən "Olaylar"a daxil olan məlumata görə, rayonun Rəşid Məmmədov küçəsi ilə H.B.Əliyev küçələrinin kəsişməsində körpüdən yol kəsişməsinə, işıqfora qədər olan hiisədə  yağış sularının yığılması ilə əlaqədar təmir işləri  başa çatdırılıb, yollara asfalt örtüyünün vurulması, səkilərdə təmir-bərpa işlərinin aparılması və yeni bardürlərin qoyulması  işləri yekunlaşmaq üzrədir. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31