Koronavirusa görə bağlanan daha iki məktəbdə əyani dərslər bərpa edildi
30 Noyabr 2021 11:03 SosialBakıdakı 79 və 185 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Bildirilib ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31