Şahin Seyidzadə Qobustanda vətəndaş qəbulu keçirib

Noyabr ayının 29-da Milli Məclisin deputatı Şahin Seyidzadə Qobustan rayonu Heydər Əliyev Mərkzində Qobustan şəhəri, Sündü, Çalov, Cəmcəmli, Cəyirlİ, Bəklə və Nabur kəndlərindən olan olan vətəndaşlarla fərdi qəbul həyata keçirmişdir. Qəbul zaman Milli Məclisin deputatı vətəndaşların problemini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olmuşdur. "Olaylar" xəbər verir ki, vətəndaşlar tərəfindən qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq, təhsil, kənd təsərrüfatı, əmlak və torpaq məsələləri ilə bağlı müraciətlər səsləndirmişdir. Qəbul zamanı millət vəkili vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat vermişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31