“Koronavirus keçirənlərin “omikron”a yoluxma ehtimalı daha yüksəkdir” - ÜST
30 Noyabr 2021 10:11 SosialÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 keçirənlərə "omikron" ştammı ilə yenidən yoluxa biləcəkləri barədə xəbərdarlıq edib.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "COVID-19 keçirən insanların narahatlıq doğuran digər variantlarla müqayisədə yenidən "omikron"a yoluxma ehtimalı daha yüksək ola bilər", - deyə ÜST-ün məlumatında bildirilir.
Ancaq yeni ştamla yoluxmanın digər variantlarla müqayisədə daha ağır keçib-keçmədiyi hələlik məlum deyil.
"Mövcud məlumata görə, Cənubi Afrikada xəstəxanaya qəbul nisbəti daha yüksəkdir. Bununla belə, bu, "omikron"la deyil, ümumi yoluxanların sayının artması ilə əlaqəli ola bilər", - deyə ÜST-dən izah edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31