"İlin avtomobili"nin qısa siyahısı açıqlanıb

"İlin avtomobili" (Car of the Year) müsabiqəsinin təşkilatçıları öz rəsmi internet saytında 2022-ci ilin ən yaxşı avtomobili adı uğrunda mübarizə aparacaq modellərin qısa siyahısını dərc ediblər.

Olaylar.az xəbər verir ki, siyahıya yeddi avtomobil daxildir ki, onlardan altısı elektromobildir: Cupra Born, Ford Mustang Mach-E, Hyundai Ioniq 5, Kia EV6, Renault Megane E-Tech və Skoda Enyaq iV. Yeddinci finalçı hələ elektrik versiyası olmayan, lakin hibridi olan yeni Peugeot 308 oldu.

Münsiflər heyəti 2022-ci ilin avtomobili qalibini fevralın sonunda elan edəcək. Mükafatlandırma mərasimi 2022-ci ilin martında Cenevrə avtosalonunda keçirilməli idi, lakin sərginin ləğvi ilə əlaqədar tədbir ayrıca keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31