Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
29 Noyabr 2021 14:53 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi nəzərdə tutulub. Nazirlikdən "Olaylar"a bildirilib ki, bu məqsədlə Qəbələ rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa olunur. Mərkəzin tikintisi artıq yekunlaşır və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. 25 çarpayılıq mərkəzdə il ərzində 1000-dən çox sağlamlıq imkanları məhdud uşağa səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla ambulator və stasionar formada reabilitasiya xidmətləri göstəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31