Ukraynaya gedən azərbaycanlıdan 10 gündür ki, xəbər yoxdur
29 Noyabr 2021 11:46 SosialUkraynaya getdiyini deyən azərbaycanlı itkin düşüb.
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə, 29 yaşlı İbrahimov Orxan Mehman oğlu noyabrın 20-də zəng edərək Kiyevə getdiyini və yolda olduğunu deyib. Daha sonra isə onda bir xəbər alan olmayıb. Həmçinin O. İbrahimovun sosial şəbəkələrdə də offlayn olduğu bildirilir.
Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət olunacağı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31