Koronavirusa görə bağlanan daha bir məktəbdə dərslər bərpa edildi

Paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

"OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

--

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31