Azərbaycanda "Omikron" ştammı qeydə alınıb? - TƏBİB-dən AÇIQLAMA

Bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb

Olaylar.az bildirir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.

O qeyd edib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

A.R.Ağayev bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31