Türkiyə MN-dən Komanda Briqadası ilə bağlı paylaşım - FOTO
27 Noyabr 2021 19:03 SosialQusarda dislokasiya olunmuş Azərbaycan Ordusunun İkinci Komando Briqadasının beret geyinmə mərasimi keçirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitterdə məlumat verib.
"Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə təşkilati və təlim-məşq fəaliyyəti başa çatan və Qusar şəhərində dislokasiya olunmuş Azərbaycan Ordusunun İkinci Komando Briqadasının beret geyinmə mərasimi keçirilib", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31