Qaz kartlarının balansını artırmaq asanlaşacaq - VİDEO
27 Noyabr 2021 14:52 SosialNövbəti ildən qaz kartlarının balansını artırmaq daha da asanlaşacaq.
Bunu chr("39")chr("39")Açıq qapıchr("39")chr("39") aksiyası çərçivəsində chr("39")chr("39")Azəriqazchr("39")chr("39") İB-nin baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, mənzillərə 2022-ci ildən kütləvi şəkildə smart sayğacların quraşdırılmasına başlanacaq. Bununla da vətəndaşlar istənilən nöqtədən internet üzərindən ödəniş etməklə mavi yanacaq ala biləcəklər.
Bu yenilik nəticəsində indiki smart-kart tipbli sayğaclar artıq öz aktuallığını itirəcək və onların istehsalatda qalması gözlənilmir.
Baş direktor hazırda istifadədə olan mexaniki sayğacların smart-kart tipli sayğaclardan çox sərfiyyat hesablayıb-hesablamaması sualına da aydınlıq gətirib.
Ruslan Əliyev həmçinin binaların istilik problemindən, bəzi hallarda qazanxanaların qaz təminatının dayandırılmasının səbəblərindən də danışıb. Bildirib ki, chr("39")chr("39")Azəristiliktəchizatchr("39")chr("39")a qaz borcunu ödəmək üçün vaxt verilib.
""Azəristiliktəchizat"a dövlət dotasiya verir, yardım olunur. Buna görə hər bir təşkilat işini elə qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəsin", - deyə Ruslan Əliyev bildirib.
Olaylar.az xəzərxəbər-ə istinadla sujeti təqdim edir: