Oğurluq görüntüləri yayılan xəstəxana direktorunun yerinə təyinat olub
26 Noyabr 2021 11:58 SosialMasallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumata görə, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib. O, bu vaxta qədər həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.
Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizov işdən çıxarılıb. O, marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayıldığı üçün öz ərizəsi əsasında vəzifəsindən azad olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31