Sabahdan bu marşrut xəttinin hərəkət sxemi dəyişir

Noyabrın 26-dan etibarən Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun "Dərnəgül" stansiyasınadək hərəkət edəcək. Bununla da 7-ci mikrorayon və metronun "Dərnəgül" stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun "Nəriman Nərimanov", "Nizami", "20 Yanvar" stansiyaları və "Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31