Paytaxtda koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olunub
25 Noyabr 2021 18:06 SosialBakıdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə "OLAYLAR"-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31