Bu sahələrdə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEO

 

 
Milli Məclisdə 1 yanvar 2022-ci ildən vergi məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər müzakirə olunur. Görünən odur ki, vergi nəzarəti dərinləşəcək və ciddi yeniliklər olacaq.
 
Vergi məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər qəbul olunarsa, bunun sadə vətəndaşların həyatına necə təsir göstərəcəyi böyük maraq doğurur. Bildirilir ki, ticarətdə və bir sıra xidmət sektorlarında yüksək məbləğlər nağdsız ödəniləcək.
 
Olaylar.az  xəbər verir ki, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev "Real TV"-yə bildirib ki, mehmanxanalar, kosmetoloji mərkəzlər, gözəllik salonları və tibb müəssisələri fəaliyyələtlərini nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməli olacaqlar:
Qanunda həmçinin nəzərdə tutulur ki, nəqliyyat vasitələri birbaşa avto-salonlardan alınarkən bu, bütövlükdə nağdsız həyata keçirilsin".
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31