Paytaxtın iki rayonuna su məhdudiyyətlə veriləcək

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"OLAYLAR" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31