Qəlyana görə 10 400 manat cərimə - Video
24 Noyabr 2021 19:56 SosialBəzi ictimai-iaşə obyektlərində neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Növbəti belə tədbir zamanı Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən "Frend House" çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.
Orada qəlyandan istifadə edən 16 nəfərin hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400, çay evinin sahibi Teymur Quliyev isə 4 000 manat məbləğində cərimələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31