Bu il Azərbaycan vətəndaşlığı üçün müraciət edənlərin sayı açıqlandı
24 Noyabr 2021 18:39 Sosial2021-ci il ərzində (17 noyabradək) 653 nəfər (övladları ilə birlikdə 678 nəfər) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət edib.
Bu barədə sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bütün müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılır.
Həmçinin, qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2021-ci ilin 10 ayı ərzində 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31