TƏBİB-dən 3-cü doza vaksinasiya ilə bağlı AÇIQLAMA

Covid-19 virusundan qorunmaq və immun sistemini gücləndirmək üçün Azərbaycanda yanvar ayından başlayan peyvəndləşmə prosesi davam edir. Ölkədə artıq 3-cü doza vaksinlər vurulmağa başlayıb. Vətəndaşları maraqlandıran suallardan biri də vaksin sonrası hər hansı şikayətlərin olub-olmamasıdır. Bəs peyvəndlənmədə son vəziyyət necədir?

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış açıqlamasında vətəndaşları maraqlandıran sualları cavablandırıb:

"3-cü doza ilə bağlı TƏBİB-ə hər hansı şikayət daxil olmayıb. 2-ci doza vaksin olunmuş və ya virusa yoluxmuş, rəsmi qeydiyyata düşmüş və immun sertifikatı formalaşmış şəxsin pozitiv nəticəsindən tam 5 ay keçəndən sonra o, 3-cü doza vaksin vurdura bilər".

Məsləhətçi onu da qeyd edir ki, hazırda ölkədə peyvəndlənmə prosesi vaksinasiya strategiyasına uyğun olaraq uğurla davam edir.

(baku.ws)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31