İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib
24 Noyabr 2021 10:32 SosialAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
"OLAYLAR" AQTA-ya istinadən xəbər verir ki, "Sun Food" MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız ümumi çəkisi 66,49 ton müxtəlif növ qida məhsulları "Təmiz Sumqayıt-Kənan" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31