Koronavirusa qarşı vaksindən sonra insanlar daha çox nələrdən şikayət edirlər?- AÇIQLAMA

Bəzi vətəndaşlar koronavirus əleyhinə vaksinasiyadan sonra onlarda tez-tez təzyiqin qalxması hallarının baş verdiyini iddia edirlər.

Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Səhiyyə Nazirliyini mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bunun vaksinasiya ilə heç bir əlaqəsi yoxdur.

"Təzyiq xəstəliyi vaxtaşırı kimdəsə yaranır. Əksər insanlar vaksin olunur. Lakin təzyiqin qalxmasını bununla əlaqələndirmək düzgün deyil" - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 18-bnə olan məlumata görə, sutka ərzində 35 min 699 nəfərə vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 10 milyon 201 min 533 doza təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31