Avropa Rektorlar Konfransının təcrübəsi öyrənilir FOTO

22-26 noyabr tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Azərbaycanda Rektorlar Konfransının yaradılması məqsədini daşıyan layihə çərçivəsində konfransın təcrübəsinin öyrənilməsinə həsr olunmuş 2-ci komponentin icrasına başlanılıb.İkinci komponentin əsas məqsədi layihə tərəfdaşı olan Avropa Rektorlar Konfransının təcrübəsini öyrənməkdir.

Bu məqsədlə tərəfdaş universitetlərin nümayəndələrindən ibarət  30 nərəflik koordinasiya komitəsi yaradılıb. Komissiyanın ilk səfəri Fransaya reallaşdırılıb. Belə ki, Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin ( FEİ) təşkilatçılığı ilə həyata keçirilən bu görüşdə Fransa təhsil sistemi və Fransa Rektorlar Konfransının ali təhsildə rolu, Fransa Rektorlar Konfransının təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri,  beynəlxalq əlaqələri və CPU-nun digər maraqlı tərəfdaşlarla əməkdaşlığı haqqında iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır.

Noyabrın 26-na qədər davam edəcək səfərin sonunda CPU-nun universitetlərlə qarşılıqlı əməkdaşlığının öyrənilməsi məqsədilə Sarbon Universitetinə səfər də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31