"Uşaqların onurğası əyilib, bu qədər kitab olar?" - Niyaməddin Musayev
23 Noyabr 2021 14:22 SosialXalq artisti Niyaməddin Musayev məktəblərdəki yeni qaydaları tənqid edib.
Olaylar.az xəbər verir ki, müğənni "Xəbər-ətər" verilişində təhsil ocaqlarında şagirdləri çox yükləmələrindən gileylənib:
"Texnologiya çox inkişaf edib. Baxırsan, indiki uşaqlar çox çey bilir. Əvvəl elə deyildi. Baxıram uşaqların məktəbli çantasına, nə ağırlıqda. Uşaq bunu necə daşısın? Əvvəl 6 kitab olurdu, onun ikisini, ya üçünü aparırdıq. İndi bu qədər kitab olar? Uşağın onurğası əyilir. Bu qədər yüklənmək, maariflənmək... Zaman dəyişib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31