Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
12 Noyabr 2021 20:58 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 082 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 032, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 470 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 021 688, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 012 689, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 464 036, buster doza üzrə vaksinasiya olunanların sayı isə 544 963 təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31