2200 qazinin əlillik təyinatı aparılıb

"Ötən ildən indiyə kimi 2200-ə qədər Vətən müharibəsi qazisinin əlillik təyinatı aparılıb". "Olaylar" ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib. Onun sözlərinə görə, həmin şəxslərə sosial ödənişlər həyata keçirilir: "Eyni zamanda, yuxarı və aşağı ətraflarını itirən 166 şəxs yüksək texnologiyalı protezlə təmin edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31