Millət vəkili qazilərdən ibarət futbol klubunun  üzvüləri ilə görüşüb

Millət vəkili Hicran xanım Hüseynova  qazilərdən ibarət "QARABAĞ AMPUTE FUTBOL KLUBU" üzvüləri ilə görüşüb. "Olaylar" vəbər verir ki, millət vəkili Klubun məqsədi, fəaliyyəti və yığma tərkibi ilə tanış olaraq onlara bu yolda uğurlar və müvəffəqiyyətlər arulayıb. Qarabağ futbol klubunun məqsədi I və II Qarabağ müharibəsində aşağı ətraflarını itirmiş oyunçu kimi yuxarı ətrafını itirmiş qapıçı kimi Qazilər, habelə əlilliyi olan şəxslər arasında futbol idman növünün inkişafına nail olmaqdır. Klub həmçinin "Qarabağ - Əlil Döyüşçülər" Futbol Federasiyası İctimai Birliyinin və AFFA - Azərbaycan Futbol Federasiyaları üzvvüdür. Görüşdə klubun üzvləri Məmmədov Çingiz, Abdullayev Elnur, Quliyev Rauf, Teymurov Əkrəm və həmçinin Azərbaycanın tanınmış veteran futbolçusu Nazim Süleymanovda iştirak etmişdir.

Görüş zamanı qazilərimizlə 44 günlük Vətən müharibəsindən söz açılaraq Zəfər bayramı münasibəti ilə təbrik edib, bu bayramı və sevinci sizlərə borclu olduğumuzu bildirərək şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə də tez zamanda sağlamlıqlarına qovuşmağı arzu ediblər. Millət vəkili Hicran xanım Hüseynova onların gündəlik qayğıları ilə maraqlanmış, müvafiq dəstək və istiqamətləndirmələr etmişdir. Həmçinin Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə və qazilərimizə göstərdikləri diqqətdən danışılıb. Görüşün sonunda Qarabağ futbol klubunun üzvlərinə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asosiyasiyası ilə birlikdə Bakı Tekstil Fabriki tərəfindən ərzaq və qeyri ərzaq məhsullardan hədiyəlik qutular təqdim olunaraq, xatirə şəkil çəkilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31